23 oktyabr 2024. Çərşənbə

Avropa çempionatı: Azərbaycanın basketbol millisi qələbə qazanıb


  • Offside
  • 18:42 10.07.2024
  • Oxunma sayı: 109
Avropa çempionatı: Azərbaycanın basketbol millisi qələbə qazanıb

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi milli Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma seçməmizin 78:55 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-16 millimiz dünən turnirin ilk oyununda Albaniyaya 56:60 hesabı ilə məğlub olub. Komanda növbəti görüşünü iyulun 11-də, saat 16:30-da Malta yığmasına qarşı keçirəcək.







Offside