22 oktyabr 2024. Çərşənbə axşamı

Futbolçu azarkeşlə əlbəyaxa oldu


  • Offside
  • 10:48 11.07.2024
  • Oxunma sayı: 86
Futbolçu azarkeşlə əlbəyaxa oldu

Ötən gecə Kolumbiya və Uruqvay milliləri arasında 2024-cü il Amerika Kubokunun ikinci yarımfinal oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, Kolumbiya 1:0 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib.Görüş başa çatdıqdan sonra Kolumbiya millisinin azarkeşləri ilə uruqvaylı futbolçular arasında əlbəyaxa dava düşüb.

“Liverpul”un hücumçusu Darvin Nunes davada iştirak edib. O, onu təhqir edən fanatların üzərinə stul atıb.

Amerika Kubokunun finalında Kolumbiya yığması hazırkı çempion Argentina yığması ilə qarşılaşacaq. Görüş iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq.







Offside