23 noyabr 2024. Şənbə

Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur


  • Offside
  • 22:51 11.07.2024
  • Oxunma sayı: 123
Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

"Real Madrid"in və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder qanunu pozmaqda şübhəli bilinir.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu bir neçə milyon avronun yuyula biləcəyi tikinti şirkətlərindən birinin səhmdarıdır. Firmanın qeyri-qanuni maddələrlə məşğul olan avstraliyalı cinayətkarlarla əməkdaşlıq etdiyi iddia edilir.

Sneyder isə bu iddiaları təkzib edib və bunları söyləyib: 

 "Səhərdən bəri müxtəlif media kanallarında, xüsusən də Türkiyə mediasında mənim haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Yəni sözügedən şirkətlə keçmişdə hansısa vasitəçi vasitəsilə tanış olmuşam. Bu şirkətdən məsul şəxslər mənə özlərini çox yaxşı bir şirkət kimi təqdim etdilər.Sonra mən qanuni və şəffaf şəkildə, hər tərəfi sənədləşdirilərək, həmin şirkətdən səhmlər aldım. Mən səhmləri aldığımdan bu yana qazanc əldə etmədim, əksinə zərər etdim." .

“YAYILAN XƏBƏRLƏR HƏQİQƏTİ ƏSAS ETMİR”

Sneyder açıqlamasına belə davam edib: "Mənim bu şirkətin idarəçiliyində sözüm yoxdur. Bu cinayətlə bağlı heç bir məhkəmə orqanı tərəfindən mənə qarşı ittiham yoxdur. Sanki qurbanı olduğum proses yetərincə deyildi, bu kimi halların yayılması Türkiyədə ikinci evim olan xəbər məni çox məyus etdi .Bəlkə də adımın yanında olması lazım olan son ifadə, yayılan xəbərin heç bir şəkildə həqiqəti əks etdirmədiyini bəyan etməkdir. Başda Niderland və Türkiyə xalqını, daha sonra isə bütün ictimaiyyəti çaşdıran məlumatlarla bağlı lazım gələrsə qanuni tədbirlər görəcəyimi ictimaiyyətə çatdırın."

Xatırladaq ki, Sneyder 2019-cu ildə futbolçu karyerasını başa vurmuşdu. O, “Ayaks”, “İnter”, “Real Madrid” kimi məşhur klublarda top qovub. Bundan başqa, yarımmüdafiəçi “Qalatasaray”, “Nitsa” və Qətərin “Əl-Qarafa” klublarında da çıxış edib.







Offside