- Offside
- 17:18 23.11.2024
Azərbaycanın millisinin üç üzvü - Ayan Şabanova (batut gimnastikası), Hüseyn Abbasov (ikili mini-batut) və Ömər Qasımlı (ikili mini-batut) Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışın final mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Qeyd edək ki, iyulun 11-də startı verilən “Scalabis Cup” ayın 13-də yekunlaşacaq.