23 oktyabr 2024. Çərşənbə

Azərbaycanın 7 gimnastı beynəlxalq yarışda finala yüksəlib


  • Offside
  • 15:24 13.07.2024
  • Oxunma sayı: 99
Azərbaycanın 7 gimnastı beynəlxalq yarışda finala yüksəlib

Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində iştirak edən Azərbaycan millisinin 7 üzvü finala vəsiqə qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Tofiq Əliyevlə Adil Hacızadə tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Nicat Mirzəyev, Fərhad Mustafayev və Ömər Qasımlı isə batut gimnastikası üzrə yarışda həlledici mərhələyə yüksəliblər.

Qeyd edək ki, iyulun 11-də start götürən turnirə bu gün yekun vurulacaq.







Offside