- Offside
- 22:48 26.11.2024
Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma üçüncü matçında İrlandiya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komanda qrupun digər görüşlərində Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə məğlub olub.
Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşü iyulun 17-də Niderlanda qarşı olacaq.
Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatı iyulun 21-dək davam edəcək.