- Offside
- 17:03 29.03.2026
Fransa millisinin sabiq müdafiəçisi Patris Evra 12 aylıq şərti cəza ilə bağlı yayılan məlumatlara cavab verib.
90deqiqe.Az xəbər verir ki, 43 yaşlı sabiq futbolçu həbsxana forması və qandallı basketbol meydançasından sosial şəbəkələrdə video yayımlayıb.
Xatırladaq ki, Evranın 2021-ci ilin mayından 2023-cü ilin sentyabrına qədər ailəsini maddi cəhətdən təmin etməməsi səbəb olub. Beşqat İngiltərə çempionu 1 milyon dollardan artıq ödəmədiyi üçün 12 ay həbs cəzası kəsildiyi barədə məlumat yayılmışdı. 43 yaşlı Evra həyat yoldaşı və iki övladından ayrı yaşayır.