30 mart 2026. Bazar ertəsi

Azərbaycan gimnastları Portuqaliyada daha iki medal qazanıblar


  • Offside
  • 11:46 15.07.2024
  • Oxunma sayı: 286
Azərbaycan gimnastları Portuqaliyada daha iki medal qazanıblar

Azərbaycan gimnastları Ömər Qasımlı və Əli Niftəliyev Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində daha iki medal qazanıblar.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ö.Qasımlı qızıl, Ə.Niftəliyev isə gümüş medala yiyələnib.

Qeyd edək ki, hər iki idmançı batut gimnastikası üzrə yarışıb.

 







Offside