- Offside
- 17:18 23.11.2024
Kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Xames Rodriqes Argentinaya məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
"Çox ağrıyır. Biz sona qədər mübarizə apardıq, mən tərəfdaşlarımla fəxr edirəm! Sağ olun”, - deyə, o, qeyd edib.
2024-cü il Amerika Kubokunun final görüşü 1:0 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatıb. Yeganə qolu əlavə vaxtda Lautaro Martines vurub.
Son turnirdə 33 yaşlı yarımmüdafiəçi altı matçın hamısında iştirak edib, bir qol vurub və altı məhsuldar ötürmə edib. Qeyd edək ki, Rodriges 2024-cü il Amerika Kubokunun ən yaxşı oyunçusu kimi tanınıb.