23 oktyabr 2024. Çərşənbə

Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək


  • Offside
  • 10:52 16.07.2024
  • Oxunma sayı: 116
Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək

Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, iyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafə üzrə güclərini sınayacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.







Offside