23 oktyabr 2024. Çərşənbə

"Araz-Naxçıvan" daha bir braziliyalı futzalçı ilə gücləndi


  • Offside
  • 13:54 16.07.2024
  • Oxunma sayı: 118
"Araz-Naxçıvan" daha bir braziliyalı futzalçı ilə gücləndi

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

90deqiqe.Az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kake Aledes De Oliveyra qarşıdakı mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək.

30 yaşlı braziliyalı müdafiəçi Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.

Qeyd edək ki, braziliyalı Kadinyonu (“Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.







Offside