23 oktyabr 2024. Çərşənbə

Jurnalistlər arasında şahmat turniri keçiriləcək


  • Offside
  • 16:16 16.07.2024
  • Oxunma sayı: 108
Jurnalistlər arasında şahmat turniri keçiriləcək

İyulun 21-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçiriləcək.

AŞF-dən 90deqiqe.Az-a verilən məlumata görə, yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək.

7 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim ediləcək.







Offside