23 oktyabr 2024. Çərşənbə

Dünya Qadın Seriyası: "Baku Flames"in qrupdakı rəqibləri bəlli oldu


  • Offside
  • 10:55 17.07.2024
  • Oxunma sayı: 93
Dünya Qadın Seriyası: "Baku Flames"in qrupdakı rəqibləri bəlli oldu

Azərbaycanı 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında təmsil edəcək "Baku Flames"in Quba mərhələsindəki rəqibləri müəyyənləşib.

90deqiqe.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 8 komanda 2 qrupda mübarizə aparacaq.

Təmsilçimiz A qrupunda Avstraliya, Niderland və Çinin U-24 komandası ilə yarışacaq. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.

Qeyd edək ki, oyunlar iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu "Baku Flames” klubu ilə Niderland arasında baş tutacaq.







Offside