- Offside
- 23:58 22.11.2024
İyulun 16-da Dünya Alpaqut Federasiyasının növbəti iclası keçirilib.
90deqiqe.Az xəbər verir ki, iclasda federasiyanın prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova, birinci vitse-prezidenti, Milli Məclisin deputatı Könül Nurullayeva, vitse-prezident Emil Rəhimov, İdarə Heyətinin sədri Vasif Namazov, üzvləri Fərid Əlizadə, Nuranə Şıxəliyeva, Nəzarət Təftiş Komitəsinin sədri Rafiq Qasımov və başqaları iştirak ediblər.
Toplantıda Dünya Alpaqut Federasiyasının idarə icra strukturuna seçki keçirilib. Tural Abasquliyev federasiyasının Təşviqat və İnkişaf üzrə vitse-prezidenti, Firuzə Cəlilova isə İctimaiyyətlə əlaqələr və Mətbuat Departamentinin sədri seçilib. T.Abasquliyev federasiyanın inkişafı ilə bağlı gələcək planlarını açıqlayıb. F.Cəlilova isə qarşıda duran hədəflərə çatmaq üçün yeni PR strategiyasının formalaşdırılması zərurətini vurğulayıb. Bundan əlavə, Dünya Alpaqut Federasiyasının digər strukturlarına yaxın günlərdə yeni rəhbərlərin təyin olunması ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014 –cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb. (Azərtac)