23 oktyabr 2024. Çərşənbə

“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub


  • Offside
  • 19:58 17.07.2024
  • Oxunma sayı: 102
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.







Offside