30 mart 2026. Bazar ertəsi

Azərbaycan güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində mübarizə aparacaqlar


  • Offside
  • 19:40 19.07.2024
  • Oxunma sayı: 196
Azərbaycan güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində mübarizə aparacaqlar

İyulun 20-də Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsinə start veriləcək.

90deqiqe.Az xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycanın üç idmançısı mübarizə aparacaq.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kiloqram), Ramiz Həsənov (80 kiloqram) və İbrahim Yusubov (90 kiloqram) çıxış edəcəklər.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. İlk gündə qrup mərhələsinin qarşılaşmaları keçiriləcək. Medallar uğrunda həlledici görüşlər isə iyulun 21-də baş tutacaq.







Offside