23 oktyabr 2024. Çərşənbə

Azərbaycanın stolüstü tennisçiləri Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar


  • Offside
  • 12:56 20.07.2024
  • Oxunma sayı: 82
Azərbaycanın stolüstü tennisçiləri Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar

Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında bu gün stolüstü tennis yarışları start götürəcək.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan İdman Akademiyası turnirə 8 idmançı ilə qatılıb.

İlk gündə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nihad Məmmədov, Nihad Səmədzadə, Qadir İbrahimov və Rafiq Rafiqzadə qüvvəsini sınayacaq.

İdmançılar şəxsi, qoşa və komanda yarışlarında mübarizə aparacaqlar. Əvvəlcə komanda yarışlarında qalib və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, stolüstü tennis yarışlarına iyulun 24-də yekun vurulacaq.







Offside