23 oktyabr 2024. Çərşənbə

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Quba mərhələsi start götürüb


  • Offside
  • 17:25 20.07.2024
  • Oxunma sayı: 88
3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Quba mərhələsi start götürüb

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Quba mərhələsinə start verilib.

90deqiqe.Az xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi “Baku Fleyms” ilk oyunda Niderland komandası ilə üz-üzə gəlib. Görüş rəqibin 21:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçisi növbəti matçını bu gün saat 18:10-da Çinin U-14 kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, Dünya Seriyasının Quba mərhələsinə iyulun 21-də yekun vurulacaq.







Offside