23 oktyabr 2024. Çərşənbə

Kişi cüdoçular arasında ACF turunun üçüncü turniri keçiriləcək


  • Offside
  • 18:47 23.07.2024
  • Oxunma sayı: 90
Kişi cüdoçular arasında ACF turunun üçüncü turniri keçiriləcək

İyulun 24-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 100-dən çox cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Bu il üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.

Qeyd edək ki, yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasıdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.







Offside