- Offside
- 18:11 04.10.2024
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan güləşçiləri üçün maarifləndirici seminar təşkil edib.
90deqiqe.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Qubada keçirilən seminarda Paris olimpiadasına aid antidopinq qaydaları barədə ətraflı məlumat verilib.
Bura antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, dərman preparatlarının yoxlanılması, terapevtik istifadə üçün istisna və digər mövzular daxildir.
Paris olimpiadasında ölkəmizi təmsil edəcək güləşçilər, digər yığma üzvləri, o cümlədən məşqçilər və həkimlər AMADA-nın yeni fəaliyyətə başlayan maarifləndirici platformaları barədə də məlumatlandırılıblar.