8 sentyabr 2024. Bazar günü

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar


  • Offside
  • 14:08 25.07.2024
  • Oxunma sayı: 88
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaqlar.

90deqiqe.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri bu məqsədlə əvvəlcə Çinə yollanıblar.

Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar. İdmançılar daha sonra qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaq.

Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda