- Offside
- 23:58 22.11.2024
Bu gün Naxçıvan Futbol Federasiyasının iclası keçirilib.
90deqiqe.Az xəbər verir ki, toplantının gündəliyinə uyğun olaraq əvvəlcə İdarə Heyətinin üzvləri barədə məlumat verilib.
Daha sonra federasiyanın vitse-prezidenti Elşən Abbasov görüləcək işlər və prioritetlər barədə danışıb. Ardınca iclasda iştirak edən məşqçilərlə fikir mübadiləsi aparılıb, mövcud vəziyyət öyrənilib, təkliflər dinlənilib və müzakirə olunub, suallar cavablandırılıb. Baş katib Raqif Abbasova vəziyyətin təhlil edilməsi, yaxın gələcək üçün görülməsi vacib işlərin müəyyənləşdirilməsi tapşırılıb.
Qeyd edək ki, bu il iyulun 6-da NFF-nin hesabat-seçki konfransı keçirilib və Zaur Axundov federasiyanın prezidenti seçilib.