- Offside
- 23:58 22.11.2024
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
90deqiqe.Az xəbər verir ki, N qrupunda yer alan idmançı ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb.
Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə başa çatıb - 0:2 (8:21, 7:21)
Dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısı ilk setdə 21:8, ikinci setdə isə 21:7 hesablı üstünlük qazanıb.
Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da Kirsti Qilmora (Böyük Britaniya) qarşı keçirəcək.