23 noyabr 2024. Şənbə

“Paris-2024”: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb - YENİLƏNİB


  • Offside
  • 13:20 28.07.2024
  • Oxunma sayı: 104
“Paris-2024”: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb  - YENİLƏNİB

Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

90deqiqe.Az xəbər verir ki, 52 kiloqramda çıxış edən idmançı ilk görüşündə ABŞ təmsilçisi Anjelika Delqado ilə üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibinə vaza-ari ilə məğlub olan Azərbaycan millisinin bayraqdarı mübarizəni erkən dayandırıb.

Bununla da Azərbaycanın dörd cüdoçusu Olimpiadada çıxışını başa vurub. Daha əvvəl Leyla Əliyeva (48 kiloqram), Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) yarışla erkən vidalaşıblar.

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

***

Azərbaycanın kişi cüdoçusu Yaşar Nəcəfov "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

90deqiqe.Az xəbər verir ki, 66 kiloqramda çıxış edən idmançı təsnifat mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb.

Rəqibinə uduzan Y.Nəcəfov yarışla medalsız vidalaşıb.

Bu gün, həmçinin qadın cüdoçu Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kiloqram) və Balabəy Ağayev (60 kiloqram) yarışı medalsız başa vurublar.

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.







Offside