- Offside
- 23:58 22.11.2024
“Bu, son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır”.
90deqiqe.Az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes deyib.
1/8 finalda kubalı Xulio Sesar la Krusa qalib gələn idmançı bütün Azərbaycanın onu dəstəklədiyini bildirib:
"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır".
Qeyd edək ki, Alfonso Dominqes 1/8 finalda Xulio Sezar la Krusla (Kuba) üz-üzə gəlib. O, inamlı döyüş sayəsində ikiqat Olimpiya çempionuna 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə qalib gəlib.
Boksçumuz 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.