23 oktyabr 2024. Çərşənbə

Avropa çempionatı: Azərbaycan basketbol millisi C divizionunun qalibi olub


  • Offside
  • 23:10 28.07.2024
  • Oxunma sayı: 88
Avropa çempionatı: Azərbaycan basketbol millisi C divizionunun qalibi olub

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunun qalibi olub.

90deqiqe.Az xəbər verir ki, finalda Lüksemburq seçməsi ilə qarşılaşan yığma 77:71 hesabı ilə qalib gələrək C divizionunu çempion kimi başa vurub.

Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Murad Babayev (19 xal, 6 ribaund) olub.

Qeyd edək ki, oğlanlardan ibarət U-18 millimiz sonuncu dəfə 2016-cı ildə Avropa çempionatının "C" divizionunun qalibi olmuşdu.







Offside