- Offside
- 23:58 22.11.2024
Azərbaycanın qızlardan ibarət U-18 basketbol millisi Avropa çempionatının C divizionunun ikincisi olub.
90deqiqe.Az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşadək qızlar arasında keçirilən qitə turnirinin finalında Kosovo ilə üz-üzə gəlib.
Görüşdə millimiz 65:75 hesabı ilə məğlub olub.
Bu nəticənin ardından Evren Alkayanın rəhbərlik etdiyi yığmamız gümüş medallara sahib çıxıb.