23 oktyabr 2024. Çərşənbə

Türkiyə voleybol millisi Paris olimpiadasına qələbə ilə başladı


  • Offside
  • 14:12 29.07.2024
  • Oxunma sayı: 150
Türkiyə voleybol millisi Paris olimpiadasına qələbə ilə başladı

Türkiyənin qadınlardan ibarət voleybol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

90deqiqe.Az xəbər verir ki, “ay-ulduzlular” C qrupunun I turunda Niderland seçməsi ilə üz-üzə gəliblər. Matç Türkiyə kollektivinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13).

İlk iki hissə Niderland yığmasının üstünlüyü ilə keçsədə, qardaş ölkə üçüncü setə daha fəal və istəkli başlayaraq əzmkar qələbə qazanıb.

Milli komanda turun növbəti görüşündə Dominikan Respublikasının voleybolçuları ilə qarşılaşacaq. Oyun avqustun 1-də reallaşacaq.







Offside