23 oktyabr 2024. Çərşənbə

Azərbaycan gimnastları Belarusdakı qran-pri yarışında 4 medal qazanıblar


  • Offside
  • 14:59 29.07.2024
  • Oxunma sayı: 117
Azərbaycan gimnastları Belarusdakı qran-pri yarışında 4 medal qazanıblar

İyulun 26-dan 28-dək Belarusun paytaxtı Minskdə keçirilən bədii gimnastika üzrə “Crystal Rose – Helen Valery” qran-pri yarışında Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, fərdi gimnast Şəms Ağahüseynova top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medal əldə edib.

Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb. Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.







Offside