- Offside
- 22:48 26.11.2024
İspaniyalı tennisçilər Rafael Nadal və Karlos Alkaras 2024-cü ildə Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında cütlüklərin 1/4 final mərhələsinə yüksəliblər.
90deqiqe.Az xəbər verir ki, yarışın 1/8 finalında Nadal və Alkaras 6:4, 6:7 (2:7) hesabı ilə [10:2] Hollandiyadan olan Tallon Qriekspur və Uesli Koolhof duetinə qalib gəliblər.
İkilinin gərgin görüşü 2 saat 24 dəqiqə davam edib.
2024-cü il Olimpiadasının yarımfinalına çıxmaq üçün Nadal və Alkaras amerikalılar Rajeev Ram və Austin Krajicek (4) ilə döyüşəcəklər.