31 yanvar 2025. Cümə

23 yaşlı futbolçunu öldürmək istədilər - Komandanın uğursuz çıxışına görə


  • Offside
  • 20:22 13.11.2018
  • Oxunma sayı: 603
23 yaşlı futbolçunu öldürmək istədilər - Komandanın uğursuz çıxışına görə

Kolumbiyanın "Deportivo Kali" klubunun futbolçusu Xuan Sebastian Kintero silahlı hücuma məruz qalıb.

Corner.az  xəbər verir ki, komandanın uğursuz çıxışına görə azarkeşlər tərəfindən 23 yaşlı müdafiəçiyə sui-qəsd təşkil olunub. Motosikletli şəxslər Kinteronun maşınına 6 güllə atıblar. Xoşbəxtlikdən gənc futbolçu sağ qalıb. Onun atası da hadisəni təsdiqləyib:

"Axşam yeməyinə gözləyirdik. Bir dostu zəng edərək hadisə ilə bağlı məlumat verdi. Qardaşı da maşının içində idi. Sağ olaraq qurtulmaqları möcüzədir".

Qeyd edək ki, "Dportivo Kali" Kolumbiya çempionatnı 10-cu pilədə başa vurub və çempionluq uğrunda mübarizə aparmaq şansını itirib. Mövsümü ilk 8 pillədə başa vuran komandalar isə çempionluq yarışını davam etdirəcəklər.







Offside

Nainqqolan sərbəst buraxılıb
  • Offside
  • 21:35 28.01.2025
Nainqqolan sərbəst buraxılıb