23 oktyabr 2024. Çərşənbə

Paris-2024: Millimiz qalib gəlib


  • Offside
  • 20:06 02.08.2024
  • Oxunma sayı: 95
Paris-2024: Millimiz qalib gəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, yığmamız VI turda Çin kollektivi ilə qarşılaşıb.

Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.







Offside