- Offside
- 23:58 22.11.2024
Azərbaycan avarçəkəni Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
90deqiqe.Az xəbər verir ki, o, 13-18-ci yerlər uğrunda mübarizə aparıb.
C finalında çıxış edən idmançı 2000 metr məsafəni 9 dəqiqə 10 saniyəyə qət etməklə yekun sıralamada 17-ci olub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.