23 oktyabr 2024. Çərşənbə

"Xoş gəldin, kapitan"


  • Offside
  • 16:51 04.08.2024
  • Oxunma sayı: 104
"Xoş gəldin, kapitan"

Portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldo istirahətdən sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yerinə qayıdıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda, 39 yaşlı futbolçunun komandanın olduğu yerə gəldiyini və tezliklə yeni mövsümün hazırlıqlarına başlayacağını qeyd edib.

"Kriştiano gəldi! Xoş gəldiniz, kapitan” - deyə, paylaşımda vurğulanıb.

Xatırladaq ki, Ronaldo bu yay Avro-2024-də Portuqaliya millisinin tərkibində çıxış etmiş və nəticədə 1/4 finala yüksəlmişdir. Ronaldo bu turnirdə heç bir qol vurmayıb. Ötən mövsüm Kriştiano Ronaldo “Əl-Nasr”ın heyətində Səudiyyə Ərəbistanı çempionatında 31 oyun keçirib. Forvard 35 qol vurub və 11 məhsuldar ötürmə edib







Offside