23 oktyabr 2024. Çərşənbə

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar


  • Offside
  • 13:43 05.08.2024
  • Oxunma sayı: 80
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar

Azərbaycanın stolüstü tennisçiləri Xədicə Babazadə və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

90deqiqe.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Latviyanın paytaxtı Riqada təşkil olunan hazırlığa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar.

“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır. İdmançılar avqustun 10-dək davam edəcək hazırlıq prosesinin sonunda keçirilən turnirdə də bacarıqlarını göstərəcəklər. Fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.







Offside