- Offside
- 18:11 04.10.2024
Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq qadın şahmatçılardan ibarət Azərbaycan millisi ilə görüş keçirilib.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə yığmanın üzvləri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva, eləcə də kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski iştirak edib.
Əvvəlcə şahmatçılar qatıldıqları son turnirlər barədə danışıblar. Ardınca kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski olimpiadaya hazırlığın son mərhələsi barədə fikirlərini bildirib.
Olimpiadaya hazırlığın gedişatı ilə maraqlanan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı milli komandaya bundan sonra da lazımi şəraitin yaradılacağını söyləyib.
Görüş zamanı avqust ayı üçün nəzərdə tutulan hazırlıq planı və olimpiada ilə bağlı digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 10-23-də Macarıstanda keçiriləcək.