23 noyabr 2024. Şənbə

Olimpiya çempionları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər


  • Offside
  • 17:30 05.08.2024
  • Oxunma sayı: 101
Olimpiya çempionları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərovla Zelim Kotsoyev Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 90deqiqe.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, çempionlar çıxışlarında beynəlxalq arenalarda qaldırdıqları Azərbaycan bayrağının Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və qazilərin sayəsində qüdrətli olduğunu bildirib.

Medalçılar Ulu Öndəri və şəhidləri ziyarət edib ruhları qarşısında baş əyməyi özlərinə borc bilib.

Hidayət və Zelim Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.







Offside