23 oktyabr 2024. Çərşənbə

Millimiz Avropa Çempionatının təsnifatı üçün Gürcüstana yollanıb


  • Offside
  • 23:04 05.08.2024
  • Oxunma sayı: 82
Millimiz Avropa Çempionatının təsnifatı üçün Gürcüstana yollanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a  verilən məlumata görə, Fərid Cəlalovun rəhbərliyi ilə yığmamızın Tbilisidəki təlim-məşq toplanışı avqustun 11-də yekunlaşacaq.

Hazırlıq çərçivəsində millinin Gürcüstanla bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2026-nın təsnifat oyunlarında Azərbaycan seçməsi B qrupunda Avstriya və Belçika yığmalarına qarşı mübarizə aparacaq. Millimiz seçmə mərhələdəki ilk matçına avqustun 17-də çıxacaq. Komandamız həmin gün səfərdə Avstriya kollektivinin qonağı olacaq. Növbəti görüş avqustun 24-də Bakıda Belçika komandasına qarşı olacaq. Yarışın formatına uyğun olaraq digər iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.







Offside