23 oktyabr 2024. Çərşənbə

"Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm"


  • Offside
  • 17:33 06.08.2024
  • Oxunma sayı: 103
"Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm"

"Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm."

90deqiqe.Az xəbər verir ki, bunu"Nürnberq" klubunun yeni transferi Mahir Emrelini klubun rəsmi saytına açıqlamasında deyib.

"Şüurlu şəkildə Almaniyaya köçməyə qərar verdim. Son bir neçə gündə ərazi və ətraf haqqında yaxşı təəssüratlarım əldə etdim.Tez sağalmağım üçün klubda hər cür şərait mövcuddur. "Nürnberq"də çıxış edəcəyim vaxtı səbirsizliklə gözləyirəm"

 Mahir Emreli II Bundesliqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb və sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Qeyd edək ki, M.Emrelinin son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda top qovub. 27 yaşlı futbolçu ötən mövsüm Zaqreb təmsilçisinin heyətində 24 matça çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu daha əvvəl Türkiyənin "Konyaspor" klubunda icarə əsasında top qovub.







Offside