- Offside
- 10:20 15.01.2025
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə üz-üzə gəlib.
Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda ən azı gümüş medalı özü üçün təmin edib. (9:4, 11:1)
Onun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.