- Offside
- 22:48 26.11.2024
İngiltərənin "Arsenal" klubu və Almaniya çempionu "Bayer Leverkuzen" yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.
90deqiqe.Az xəbər verir ki, görüşdə hesabı London təmsilçisi açıb. 8-ci dəqiqədə Aleksandr Zinçenko fərqlənib. 9-cu dəqiqədə Leandro Trossard fərqi iki topa çatdırıb. Birinci hissə bitməmiş londonlular Qabriel Jesusun zərbəsi ilə üstünlüyü 3:0-a çatdırıblar. Və 65-ci dəqiqədə, artıq ikinci hissədə Kai Havertz keçmiş klubuna qol vuraraq hesab fərqini 4-ə yüksəldib.
Leverkuzenlilər buna yalnız bir qolla cavab verib - 76-cı dəqiqədə Adam Qlozek "Arsenal"ın qapısından qol keçirməyi bacarıb.