5 oktyabr 2024. Şənbə

Azərbaycanın avrokubok təmsilçiləri yeni həndbolçularla gücləndi


  • Offside
  • 14:52 14.08.2024
  • Oxunma sayı: 64
Azərbaycanın avrokubok təmsilçiləri yeni həndbolçularla gücləndi

Yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Kür”ün kişi və qadınlardan ibarət həndbol komandaları yeni oyunçular transfer edib.

90deqiqe.Az xəbər verir ki, kişi komandası heyətini Oqnen Lekoviç, Mill Myuskoviç, Emir Muyik (hamısı Monteneqro), Borislav Urta (Serbiya) və Sergey Duboviklə (Ukrayna) gücləndirib.

Qadınlardan ibarət kollektiv isə İvana Mitroviç (Serbiya), Sara Piranik, Tamara Radonyik, Milika Rayçeviç (hamısı Monteneqro) və Leonora Rahmaninin (Şimali Makedoniya) keçidini rəsmiləşdirib.

Həndbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, kişilərdən ibarət “Kür” komandası son mövsümdə ölkə çempionu, qadınlar isə Azərbaycan Kubokunun qalibi olublar.







Offside