- Offside
- 23:58 22.11.2024
Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open” turnirində 4 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a bildiriblər ki, yarışın ilk günü “Alpman” klubunun 4 idmançısı dayanq üzərinə çıxıb.
Uşaqların mübarizəsində Murad Həsənzadə (26 kiloqram) və Sübhan Rzayev (38 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Pumse üzrə yarışda isə Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) gümüş mükafata yiyələniblər.