5 oktyabr 2024. Şənbə

AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər


  • Offside
  • 10:27 20.08.2024
  • Oxunma sayı: 57
AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkadakı Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Təkmilləşmədə sərhədləri aşaq” adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb.

İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli "Gücləndirilmiş Oyunlar" (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.







Offside