12 sentyabr 2024. Cümə axşamı

Azərbaycan Alpaqut Federasiyasının ümumi yığıncağı keçiriləcək


  • Offside
  • 16:49 20.08.2024
  • Oxunma sayı: 71
Azərbaycan Alpaqut Federasiyasının ümumi yığıncağı keçiriləcək

Avqustun 23-də Azərbaycan Atatürk Mərkəzində Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) ümumi yığıncağı təşkil olunacaq.

Federasiyadan 90deqiqe.Az -a bildirilib ki, tədbirdə qurumun yeni prezidenti, birinci vitse-prezidenti, vitse-prezidentləri, Baş katibi və İdarə Heyətinin sədri seçiləcək.

Yığıncaqda, həmçinin müəyyən struktur üzvlərinin də təyin edilməsi planlaşdırılıb.

Tədbirdə federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılar iştirak edərək, səs verə bilərlər.

 







Offside