23 noyabr 2024. Şənbə

Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq


  • Offside
  • 18:01 20.08.2024
  • Oxunma sayı: 144
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

Azərbaycan şahmatçıları Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaqlar.

Qitə çempionatında ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, o cümlədən Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri iştirak edəcəklər.

Ümumilikdə Azərbaycan nüfuzlu yarışda 40 şahmatçı ilə təmsil olunacaq.

Qeyd edək ki, avqustun 22-də başlayacaq turnirə ayın 31-də yekun vurulacaq.







Offside