23 oktyabr 2024. Çərşənbə

Kriştiano Ronaldonun YouTube kanalı dünya rekordu qırır


  • Offside
  • 22:41 21.08.2024
  • Oxunma sayı: 115
Kriştiano Ronaldonun YouTube kanalı dünya rekordu qırır

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun şəxsi YouTube kanalı ilk milyon abunəçini toplamaq üçün sərf etdiyi vaxtın həcminə görə platformanın tarixində ən sürətli kanal olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ronaldonun kanalı dünya rekorduna nail olmaq üçün 90 dəqiqə vaxt sərf edib. Və elan edildiyi andan iki saat ərzində 2 milyondan çox insan abunə olub.

39 yaşlı Ronaldo "Əl-Nəsr"lə birlikdə Səudiyyə Ərəbistanı Superkuboku uğrunda görüşdə "Əl-Hilal"a 1:4 hesabı ilə uduzub. Portuqaliyalı komandasının yeganə qolunu vurub. 2024-cü il Avropa çempionatında Portuqaliya millisi ilə birlikdə Ronaldo 1/4 finala yüksəlib, komandası Fransaya penaltilər seriyasında uduzub - 0:0 (3:5 penaltilər). Kriştiano hələ milli komandadan getməyi planlaşdırmır və  2026-cı il dünya çempionatında oynamağı planlaşdırır.







Offside