23 oktyabr 2024. Çərşənbə

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək


  • Offside
  • 15:51 22.08.2024
  • Oxunma sayı: 84
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq.

Kişi və qadın idmançılar üç kateqoriya - 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) üzrə yarışacaqlar.

Avqustun 24-də açılış mərasimi və sıralama atışları baş tutacaq. Çempionata ayın 25-də yekun vurulacaq.

Qeyd edək ki, yarış Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) təşkil ediləcək.







Offside