23 oktyabr 2024. Çərşənbə

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümündə ilk qolunu vurub


  • Offside
  • 23:36 22.08.2024
  • Oxunma sayı: 92
Ronaldo Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümündə ilk qolunu vurub

“Əl-Nəsr”in hücumçusu, portuqaliyalı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümündə debüt qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, bu, "Əl-Raed"lə 1-ci tur matçının 35-ci dəqiqəsində baş verib.

Qapı xəttinin sol tərəfində olan “Əl-Nəsr”in cinah oyunçusu Mane rəqib müdafiəçini  yumşaq bir şəkildə keçdikdən sonra ötürməsini 39 yaşlı forvard qola çevirib. 

Ötən mövsüm Ronaldo bütün yarışlarda 45 matçda iştirak edib, 44 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Offside