23 oktyabr 2024. Çərşənbə

Azərbaycanın stolüstü tennisçiləri Fransada keçirilən turnirə qatılıblar


  • Offside
  • 15:37 23.08.2024
  • Oxunma sayı: 37
Azərbaycanın stolüstü tennisçiləri Fransada keçirilən turnirə qatılıblar

Azərbaycanın stolüstü tennisçiləri Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirinə qatılıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Onur Quluzadə və Yağmur Məmmədli 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qüvvələrini sınayırlar.

Turnirdə qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir.

Bu gün start götürən yarışa avqustun 25-də yekun vurulacaq.







Offside